Gəncə sakinində silah və narkotik vasitələr aşkarlanıb
Bakı, 5 yanvar, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları əvvəlcədən verilən məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirərək şəhər sakini Arzu Kərimovu saxlayıblar.
Onun üzərində axtarış aparılan zaman müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, 3 patron və ümumi çəkisi 1,64 qram olan qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Kərimovun şəhər ərazisindəki fərdi evinə baxış keçirilib. Baxış zamanı evin həyətyanı sahəsində odlu silahın qundağı, lüləyi, yataq otağından isə ümumi çəkisi 406 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.