Gəncə şəhərində dələduzluq və oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyənləşib ki, Gəncə şəhər sakini Arzu Puşkarov bu ilin müxtəlif vaxtlarında 10-a yaxın taksi sürücüsündən pul xırdalamaq adı ilə vətəndaşların etimadından sui-istifadə edərək onların pullarını dələduzluq yolu ilə mənimsəyib.
Bundan başqa, saxlanılan şəxs barəsində keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun ümumilikdə beş vətəndaşa məxsus evdən su mühərrikini oğurlaması məlum olub. Hazırda onun digər oxşar cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]