GƏNCƏDƏ DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİNƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Komitənin mərkəzi aparatının, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, ərazi şöbələri əməkdaşlarının, bölgədə fəaliyyət göstərən səhmdar cəmiyyətləri və dövlət müəssisələri rəhbərlərinin iştirak etdikləri müşavirədə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin idarəçilik təcrübəsi və gərgin əməyi nəticəsində dövlət quruculuğu sahəsində çoxsahəli islahlatlar aparılmış, iqtisadi inkişafın təməli qoyulmuşdur.
Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasını bu gün ölkəmizin başçısı İham Əliyev uğurla davam etdirir. Nəticədə iqtisadi islahatlar daha da sürətləndirilmiş, dövlət müəssisələri özəlləşdirildikdən sonra onlara yatırılan sərmayənin məbləği artmışdır. Bu müəssisələrin fəaliyyətinin yenidən qurulması və inkişafı, yeni iş yerlərinin açılması prioritet istiqamət kimi daim diqqət mərkəzindədir.
Müşavirədə komitənin ərazi şöbələrinin müdirləri və müəssisə rəhbərləri çıxış edərək, görülmüş işlər barədə ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması da müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur ki, dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi prosesində şəffaflıq daha da artırılmalı, vətəndaşların qəbulu və daxil olan müraciətlərə baxılması işi səmərəli aparılmalıdır.