GƏNCƏDƏ GƏNCLƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gənclər günü münasibətilə Gəncənin Olimpiya İdman Kompleksində təntənəli bayram tədbiri keçirilmişdir. Şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə 2 fevral - Gənclər gününün əhəmiyyətindən söhbət açılmış, müstəqil respublikamızın həyatında gənclərin rolundan danışılmışdır.
Sonra şəhərin musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. İdmançıların nümunəvi çıxışları da maraqla qarşılanmışdır. Axırda Olimpiya İdman Kompleksinin foyesində gənc rəssamların rəsm əsərlərinə baxış keçirilmişdir.