Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb
Bakı, 5 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejimi qaydalarına riayət olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər baş polis idarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində gizli fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin sahibi Elşad İbrahimov və yeddi müştəri qanunla müəyyənləşdirilmiş qaydada saxlanılaraq rayon polis idarəsinin ərazi üzrə polis bölməsinə gətirilib. Onların barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]