Gəncədə keçmiş arvadını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 27 may, AZƏRTAC
Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat verilib.
Gəncə Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri Qafar Amanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək onu qəsdən öldürdüyü müəyyən olunub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]