Gəncədə polis yaşlı qadına kömək etdi
Bakı, 15 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları sərt karantin rejimi ilə əlaqədar olaraq şəhərin inzibati ərazisində xidmət apararkən bir nəfər yaşlı qadının yaşayış yerini icazəsiz tərk etdiyini müəyyən edib. Polis əməkdaşları dərhal vətəndaşa yaxınlaşaraq koronavirus pandemiyası və ölkə ərazisində tətbiq edilən karantin rejimi barədə məlumat veriblər. Şəhər sakini bildirib ki, səhhəti ilə bağlı dərman almaq üçün çıxıb. Polis əməkdaşları vətəndaşı evinə qaytararaq, onu lazım olan dərman preparatları ilə təmin ediblər.