Gəncədə qanvermə aksiyası: “Talassemiyasız həyat naminə”
Gəncə, 22 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” layihə çərçivəsində qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Universitetinin əməkdaşları da Mərkəzi Qan Bankının Gəncə Bölməsində keçirilən könüllü qanvermə aksiyasına qoşulublar.
Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil edilən aksiyada universitetin əməkdaşları fəal iştirak ediblər.
Xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən edilib, səhhətində problemi olmayanlardan qan götürülüb.