Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli görüş iştirakçıları!

Ölkəmizin idman həyatına böyük sevinc bəxş edən XXVIII Yay Olimpiya Oyunları artıq tarixə çevrilmişdir. Bu Olimpiya Oyunları ölkəmizin idman ictimaiyyətinin yaddaşına həmişəlik həkk olunacaq mühüm idman hadisəsidir. Çünki 202 ölkənin qatıldığı bu mötəbər yarışda idman tariximizdə ilk dəfə olaraq, Azərbaycan idmançıları 5 medal - 1 qızıl, 4 bürünc medal əldə etmişlər.

Sözsüz ki, biz bu gün fikirləşmədən, ürəkdən gələn böyük fərəh hissi ilə deyə bilərik ki, qazanılmış bu müvəffəqiyyətin əsası Azərbaycan idmanının ən böyük dayağı, himayədarı olan ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə qoyulmuşdur. Ölkəmizin idmansevərləri bu dahi rəhbərin respublika idmanının tərəqqisinə, xüsusilə də Olimpiya Oyunlarına, idmançılarımızın bu yarışlara hazırlığına və iştirakına nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını daim xatırlayırlar.

Afina Olimpiya Oyunlarına hazırlıq proqramı da bu qırılmaz zəncirin bir həlqəsi olmuşdur. Oyunlara hazırlıq ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il iyulun 5-də verdiyi “XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” Sərəncamına əsasən, mütəşəkkil və səmərəli şəkildə həyata keçirilmişdir.

Möhtərəm Prezident!

Milli Olimpiya Komitəsi ilə Gənclər, İdman və Turizm Nazirliyinin birgə tərtib etdikləri hazırlıq konsepsiyası Azərbaycan idmançılarının Afina Olimpiadasına hazırlığının əsas sənədi olmuşdur. Konsepsiyanın tələb etdiyi istiqamətdə aparılan hazırlıq prosesi uğurla başa çatdırılmışdır. Hazırlıq dövrü ərzində idmançıların sosial-məişət problemlərinin həlli ilə bərabər, vəsiqə əldə edən hər bir idmançının və onun şəxsi məşqçisinin təqaüdlərlə təmin edilməsi onları daha da ruhlandırmışdır.

İdmançılarımız çox çətin mübarizədən keçərək, xüsusilə ötən Olimpiada ilə müqayisədə xeyli çətinləşdirilmiş şərtləri dəf edib, XXVIII Yay Olimpiya Oyunlarında iştirak hüququ verən 36 lisenziya qazanmışdır. 2 vəsiqə isə idmançılarımıza Beynəlxalq Üzgüçülük Federasiyası tərəfindən təqdim olunmuşdur.

Milli Olimpiya Komitəsi və Nazirlik bu ilin may ayında milli olimpiya komandamızın heyətini təsdiq etmişdir.

İdman nümayəndə heyətinin təşkilati məsələləri və texniki təminatı da yüksək səviyyədə həll olunmuşdur. Nümayəndə heyəti idman və parad geyimləri, eləcə də idman geyimlərinin xüsusiyyətlərinə uyğun olaraq, müasir avadanlıq və ləvazimatla təmin edilmişdir.

Cənab Prezident!

Avqustun 4-də, artıq Olimpiya oyunlarına idmançıların yola salınması məkanına çevrilmiş və xatirələrlə dolu olan Zuğulbadakı “Gənclik” beynəlxalq turizm mərkəzində Afina Olimpiadasının iştirakçıları ilə görüşünüz, əminəm ki, hər bir idmançının xatirəsində hələ uzun zaman yaşayacaqdır. Orada Sizin söylədiyiniz dərin məzmunlu nitqiniz, verdiyiniz tapşırıq və tövsiyələriniz nəinki idmançılarımızı, hər bir məşqçini, mütəxəssisi məsuliyyətli olmağa sövq etmişdir.

Avqustun 10-da milli olimpiya komandamızın böyük bir hissəsi onları yola salanların xeyir-duaları ilə Olimpiadaya yola düşmüşlər. Qeyd edim ki, həmin günə kimi artıq bizim missiyamız Afinada bu yönümdə fəaliyyət göstərirdi. Komandamızın missiyası Afinada olduğu müddətdə tələb olunan şəraitin yaradılmasını təmin etmişdir.

Afinada təyyarədən düşən idmançılar rəsmi qeydiyyat prosesini keçdikdən sonra Olimpiya kəndinə gəlmişlər.

Həmin gün saat 7-də Olimpiya kəndinin bayraqlar xiyabanında ölkəmizin dövlət bayrağı qaldırılmış, nümayəndə heyətimizin hər bir üzvü isə bu tədbirdə yüksək məsuliyyət hissi ilə iştirak etmişdir.

Yarışların başlanmasına qalan vaxtdan səmərəli istifadə edən idmançılar onlar üçün əvvəlcədən müəyyənləşdirilmiş idman qurğularında məşqlərini davam etdirmişlər. İlk gündən başlayaraq, Olimpiya Oyunlarının sonuna kimi nümayəndə heyətinin həkim üzvləri idmançılara fərdi qaydada tələb olunan tibbi xidməti və nəzarəti normal qaydada təmin etmişlər. İstirahət vaxtlarında həm idmançılar, həm də heyətimizin digər üzvləri qədim idman şəhəri kimi tanınan Afina ilə yaxından tanış olmuş və burada keçirilən tədbirlərdə fəal iştirak etmişlər.

Möhtərəm Prezident!

Sizin avqustun 12-də Afinaya gəlişiniz milli komandamızda böyük canlanma yaratmışdır.

Olimpiadanın təntənəli açılış mərasimi dünya idmançılarının böyük idman bayramına çevrilmişdi. Ölkəmizin komandası stadiona 6-cı dövlət olaraq çıxmış və açılışda iştirak edən dünya dövlətlərinin nümayəndələri və yüz minlərlə tamaşaçılar tərəfindən alqışlanmışlar.

Möhtərəm Prezident!

XXI əsrin ilk Olimpiadasına sahiblik edən Afinada Mədəni Olimpiya Komitəsi tərəfindən təşkil edilmiş və Sizin təşəbbüsünüzlə şəhərin ən gözəl otellərindən sayılan “Divani Karavel”də keçirilmiş “Azərbaycan günü” unudulmaz və bənzərsiz tədbir olmuşdur. Bu tədbirdə Sizin nitqiniz ölkəmizdə idmanın inkişafı, olimpiya hərəkatının tərəqqisi, idmana münasibət haqqında qonaqlarda dolğun fikrin formalaşmasında müstəsna rol oynamışdır. Sözsüz ki, salonda quraşdırılmış böyük ölçülü ekranlarda müstəqil Azərbaycan dövlətinin iqtisadi və sosial sahələrinin dirçəlməsində misilsiz xidmət göstərmiş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini əks etdirən fraqmentlər, ölkəmizin mədəniyyətinin, incəsənətinin, o cümlədən rəssamlıq və xalçaçılıq sənətinin nümayişi, göstərilən qısametrajlı filmlər xarici ölkələrin nümayəndələrini Azərbaycanla tanış etmiş, adət-ənənələrimiz barədə müsbət fikir yaratmışdır.

İnanıram ki, mərasimdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samaranç, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq və digər rəsmi nümayəndələr, milli olimpiya komitələrinin rəhbərləri həmin günü xoş təəssüratlarla yad edəcəklər.

Məhz bu baxımdan Olimpiya Oyunları lazımi təbliğat üçün geniş auditoriyadır, xalq diplomatiyasının aparıcı xətlərindən biridir.

Cənab Prezident!

Yarışlar avqust ayının 14-də start götürmüşdür. İdmançılarımızdan yunan-Roma güləşçisi Fərid Mansurov bütün rəqiblərinə inamla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və bu idman növü üzrə ölkəmizə ilk olimpiya qızılını bəxş etmişdir. Fəridin bu böyük qələbəsi XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi ən yüksək nailiyyəti oldu.

XXVIII Yay Olimpiya Oyunlarında 25 avqust günü idman tariximizə qızıl hərflərlə həkk olundu. Güləş sarayında olan azərbaycanlıların, Azərbaycandan gəlmiş idman azərkeşlərinin sevincinin həddi-hüdudu yox idi. Doğma Azərbaycanımızın bayrağının dövlət himnimizin sədaları altında Olimpiya Oyunlarında hamıdan yüksəyə qaldırılmasının canlı şahidi olmaq hər bir azərbaycanlı üçün həyatda ən böyük fəxr, qürur və xöşbəxtlikdir.

Güllə atıcımız İradə Aşumova və stend atıcılığı üzrə Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahətdinova uğurla çıxış edərək, bürünc medalı qazanmışlar. Həm İradənin, həm də Zemfiranın son illərdə beynəlxalq yarışlarda əldə etdikləri nəticələr onların Afinada da yüksək nailiyyət qazanacaqlarından xəbər verirdi. Bu, belə də oldu.

Yarışlarda ölkəmizi daha çox sayda təmsil edən Azərbaycan boks məktəbinin yetirmələri bir daha böyük ustalıq və məharət nümayiş etdirərək, daha iki bürünc medalın Olimpiya salnaməmizə yazılmasına nail oldular. Ağası Məmmədov və Fuad Aslanov öz vəzifələrinin öhdəsindən bacarıqla gəldilər.

Ölkəmizi təmsil edən cüdoçular, taekvondoçular və eləcə də qılıncoynadan Yelena Jemayeva bu Olimpiya Oyunlarında səylə mübarizəyə qatılsalar da, medallardan kənarda qaldılar.

Bunda bəzən hakimlərin qeyri-obyektiv mövqeyi rol oynasa da, istisna etməməliyik ki, idmançılarımızın yarışlara psixoloji cəhətdən kifayət qədər hazır olmamaları, eləcə də bir sıra digər amillər də öz təsirini göstərmişdir.

Bu mötəbər dünya idman oyununda sərbəst güləşçilərimizin yüksək nəticələr göstərəcəyinə ümid bəsləyirdik. Çünki güləşçilərimiz beynəlxalq miqyasda öz sözünü demiş pəhləvanlardır. Onların öz imkanlarından aşağı səviyyədə çıxışları bizi kədərləndirsə də, əldə etdiyimiz 5-ci yer gələcək yarışların nailiyyətlərinə təkan verməlidir. Turan Mirzəyev və Alan Naniyev 4-cü və 7-ci yerləri tutmalarına baxmayaraq, ağır atletlərimiz daha yaxşı çıxış etməyə şanslı idilər. Müəyyən istisna olmaqla, ağır atletlərimizin çıxışlarını qeyri-qənaətbəxş hesab edirəm. Əlbəttə, bu amil məşqçiləri dərindən düşündürməli, vəziyyətin aradan qaldırılması üçün konkret tədbirlərin görülməsini sürətləndirməlidir.

Möhtərəm Prezident!

Məlum olduğu kimi, bədii gimnastika üzrə Olimpiadada respublikamızın idman şərəfini Dinarə Gimatova qorumalı idi. Onun təlim-məşq toplanışları zamanı zədələnməsi nəticəsində mütəxəssislərin rəyinə görə, Anna Qurbanova yarışlarda iştirak etmiş və o, çox gənc idmançı olmasına baxmayaraq, inamla yarışmışdır. Bu isə Anna Qurbanovanın gələcək perspektivini açıqlayır.

Üzgüçülərimizin və yüngül atletlərimizin göstərdikləri nəticələr onların respublika yarışlarında əldə etdikləri nəticələrdən belə yuxarı olmamışdır. Gələcəkdə onların öz üzərlərində daha əzmlə işləyəcəklərinə, idman ustalıqlarını artıracaqlarına ümid edirik.

Bir sıra idmançılarımız bu yarışlarda medal qazana bilməsələr də, böyük şücaət və qəhrəmanlıq nümayiş etdirdilər. Belə ki, uzun illərdən sonra rinqə qayıdan boksçumuz Rövşən Hüseynov ciddi zədə almasına baxmayaraq, mübarizəni əzmlə davam etdirmişdir. Taekvondoçumuz Rəşad Əhmədov isə ilk döyüşdən sonra barmağının sınmasına və bu vəziyyətdə döyüşməyin nə qədər çətin olmasına baxmayaraq, növbəti döyüşlərini də mübariz ruhda keçirmişdir.

Bütövlükdə ölkəmizin Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc) qazanması, 16 idmançımızın ilk onluğa düşməsi onların uğurlu çıxışlarının əyani göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH