GƏNCLƏR KOALİSİYASININ TƏQDİMAT MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, mayın 18-də “Gənclərin Azərbaycan Platforması” Koalisiyasının təqdimat mərasimi keçirilmişdir.
Qurumun kollegiyası, əlaqələndirici katibi, məsləhət şurası seçilmişdir.
Platforma Azərbaycanda insan haqları və demokratiyanın bərqərar edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması, sağlam, zəkalı cəmiyyətin formalaşması istiqamətində fəaliyyət göstərən təşkilatları birləşdirən müstəqil və konfederativ qurumdur.