GƏNCLƏR MÜXTƏLİF SAHƏLƏRDƏ ƏLDƏ ETDİKLƏRİ NAİLİYYƏTLƏRƏ GÖRƏ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər, İdman və Turizm Nazirliyi “Yaxt-klub”da ötən il əldə etdikləri nailiyyətlərə görə yaradıcı gənclərin, idmançıların və turizm sənayesi işçilərinin mükafatlandırılması ilə bağlı mərasim keçirmişdir.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxış edərək ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən başlayaraq hər il fevralın 2-sinin Azərbaycan Gəncləri günü kimi təntənə ilə qeyd edilməsindən danışmışdır. Bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev daim uşaq və gənclərin problemləri ilə maraqlanmış, onlarin sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Hazırda ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin adından bayram münasibətilə gəncləri təbrik etmişdir.
Sonra dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, deputatların, elm və mədəniyyət xadimlərinin iştirakı ilə 2004-cü ilin ən yaxşı idmançısı, turizm sənayesi işçisi, gənc şairi, musiqişünası, kinoaktyoru, heykəltəraşı, kulinarı nominasiyaları üzrə qalib gəlmiş gənclər mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]