GƏNCLƏR TƏŞKİLATLARI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ ÖZ ROLUNU OYNAMALIDIR
Azərbaycan ilə Ermənistan arasında indi gərgin münasibətlər yox, elan olunmamış müharibə vəziyyəti var. AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov aprelin 27-də Avropa Gənclər Forumu Üzvlər Şurası iclasının açılışında bildirmişdir.
O vurğulamışdır ki, iclasın keçirilməsinin məqsədlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində obyektivliyin təmin olunmasıdır.
Nazir demişdir: “Məlum olduğu kimi, Avropa ölkələrində erməni diasporu yetərincə güclüdür. Bunu Azərbaycan diasporu haqqında demək mümkün deyildir. Ona görə də münaqişənin obyektiv qiymətləndirilməsi üçün biz bu barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmağı vacib sayırıq”.
A.Rəhimov bildirmişdir ki, gənclər təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]