GƏNCLƏR TƏŞKİLATLARI HƏRBİ HİSSƏDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR
Görüşdə gənclər təşkilatlarının nümayəndələri əsgərlər qarşısında “Milli ruhun yüksəldilməsi”, “Əsgərlər arasında vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsi” mövzularında çıxış etmişlər. Təşkilatlar öz vəsaitləri hesabına aldıqları müxtəlif idman ləvazimatını, geyimləri, kitab və jurnalları, məişət avadanlığını hərbi hissəyə hədiyyə etmişlər.
Milli Şura hər ay cəbhə bölgəsindəki hərbi hissələrdə bu cür görüşlər keçirəcəkdir.