CƏMİYYƏT
Gənclər üçün həvəsləndirici videoçarx hazırlanmışdır VİDEO
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənclər üçün həvəsləndirici videoçarx hazırlanmışdır.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatından (AGAT) AZƏRTAC-a bildirilmişdir ki, videoçarx ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində gənclərdə idman ruhunu daha da qaldırmaq, Azərbaycanın zəngin idman mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanmışdır. Layihə gənc fəal və AGAT-ın üzvu Məryam Tağıyeva tərəfindən icra olunmuşdur.
Videoçarxda idman, sağlam və fəal həyat tərzindən, azərbaycanlı idmançıların uğurlarından bəhs olunur.
Rejissoru Kamran Aydınov olan videoçarxın təqdimat mərasimində Gənclər Fondu, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Milli Karate Federasiyası, Azərbaycan Fotoqraflar Birliyinin nümayəndələri və gənc fəallar iştirak etmişlər.