Gənclər üçün “Vikipediya” təlimləri yekunlaşıb
Bakı, 14 iyul, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun, Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə Tovuz-Qazax regionunun gənclərinə keçirilən “Vikipediya” təlimləri yekunlaşıb.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qədir Quliyev və Sübhan Xıdırzadə tərəfindən keçirilib. Təlimlər 10 dərsdən ibarət proqram çərçivəsində təşkil edilib. Təlimləri uğurla başa vuran iştirakçılar “AzViki”nin “Təcrübəli istifadəçi” kateqoriyasında fəaliyyətlərinə davam edəcəklər.
İştirakçılara “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev, TAİB-in təsisçisi Ramin Əhmədov tərəfindən diplom və sertifikatlar təqdim olunub.