GƏNCLƏRİN 3-CÜ FORUMUNUN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
Gənlərin 3-cü Respublika Forumunun birinci mərhələsi başa çatmışdır. Gənclər, İdman və Turizm Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir ki, bu dövrdə respublikanın şəhər, rayon, kənd və qəsəbələrində təxminən 1500 tədbir keçirilmişdir. Bu tədbirlərdə 1,5 milyona yaxın uşaq, yeniyetmə və gənc iştirak etmişdir.
Forumun ikinci mərhələsi Biləsuvar rayonunda zona müşavirəsi ilə başlanmışdır. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iştirak etdiyi müşavirədə forumun Lənkəran-Astara zonası üzrə birinci mərhələsinə yekun vurulmuşdur. Bildirilmişdir ki, Lənkəran, Astara, Masallı, Cəlilabad rayonlarının nümayəndələri birinci mərhələdə fəal iştirak etmiş, Lerik rayonunda isə bu iş zəif təşkil olunmuşdur.
Müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:22]
Donor qanı hansı yoxlamalardan keçirilir?
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]