GENERAL ÇXEİDZE : GÜRCÜSTAN ƏRAZİSİ NÜVƏ SİLAHI KOMPONENTLƏRİNİN TRANZİTİ ÜÇÜN İSTİFADƏ OLUNA BİLƏR
TBİLİSİ. Gürcüstanın Dövlət sərhəd Mühafizəsi Departamentinin sədri general Valeri Çxeidze jurnalistlərə bildirmişdir: “Gürcüstan ərazisindən nüvə silahı və kütləvi qırğın silahı komponentlərinin, ikili texnologiyalar deyilən texnologiyaların tranziti üçün istifadə olunmaq təhlükəsi mövcuddur”. Valeri Çxeidze nüvə silahı komponentlərinin ixracına nəzarətin hüquqi məsələlərinə dair martın 12-də Tbilisidə açılmış konfransda iştirak edir.
Generalın dediyinə görə, Gürcüstanın sərhəd və gömrük xidmətləri belə komponentlərin ölkə ərazisindən daşınması “cəhdlərini artıq qeydə almışlar”. “Belə komponentlərin və texnologiyaların tranzitinə cəhd göstərmiş firmalar və qruplaşmalar barədə bizdə məlumat vardır və biz Gürcüstanın Milli Təhlükəsizlik Şurasına müntəzəm surətdə müvafiq informasiya veririk”.
Valeri Çxeidze demişdir ki, Tbilisidə keçirilən beynəlxalq konfransda bu sahədə informasiya mübadiləsini təşkil etmək və məlumat bankını zənginləşdirmək məsələsi müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]