Azərbaycan Dövlət İnformasiya Agentliyi

Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı

Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı

Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü ciddi hadisə hesab olunur. Generallar bu və ya digər lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparıblar. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkib. İki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilib. Bu o deməkdir ki, geosiyasi proseslərin dinamikasında daha böyük önəm kəsb etməyə başlayan postsovet məkanı hadisələrin mərkəzinə çevrilə bilər. Eyni zamanda, Qafqaz subregionunda etibarlı və sivil ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqamın regional və qlobal siyasətə, təhlükəsizlik sisteminin formalaşdırılmasına ciddi təsir edəcəyini düşünürük.

Xarici siyasət: kurs düzgün seçiləndə...

Dünya kütləvi informasiya vasitələrinin və ekspertlərin Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakı görüşünə marağı böyük olub. Onlar Cozef Danfordla Valeri Gerasimovun məhz Azərbaycan paytaxtında bir araya gəlməsinin arxasında geosiyasi faktorların dayandığına əmindirlər və məhz məsələnin bu aspekti üzərində geniş dayanırlar. Burada diqqəti çəkən faktorlar sırasında hazırda qlobal geosiyasi məkanda baş verən proseslərin məzmunu da az rol oynamır. Buna əlavə olaraq, son zamanlar ABŞ-Rusiya münasibətlərinin dünya siyasəti üçün daha çox önəm kəsb etməsini demək olar.

Bu iki amilin işığında generalların Bakı görüşü həqiqətən ciddi və prinsipial əhəmiyyətli hadisədir. Əvvəlcə, onu deyək ki, indi qlobal geosiyasi mühitdə vəziyyət mürəkkəbdir. Bunu demək olar ki, hər bir ekspert vurğulayır. Qərb və Rusiya müxtəlif regionlarda qarşı-qarşıya gəliblər. Bir sıra mütəxəssis proseslərin dünyanı yeni “soyuq müharibə”yə sürükləyə biləcəyindən bəhs edirlər. Digər tərəfdən, ABŞ-Çin və ABŞ-İran münasibətləri də gərgindir. Tərəflər bir-birlərini ittiham etməkdədirlər.

Bu kontekstdə Rusiya faktoru qlobal geosiyasət üçün daha çox önəm kəsb edir. Yaxın Şərq və Şərqi Avropada (əsas olaraq Ukraynada) hadisələrə daha güclü təsir edən iki qüvvədən biri Rusiyadır. Bu səbəbdən ABŞ-Rusiya münasibətlərinin taleyi hamını maraqlandırır. Həmin məsələ Donald Trampın prezident seçilməsi ilə yeni məzmun kəsb etməyə başlayıb. Çünki D.Trampın Amerika siyasətinin ruhunu dəyişəcəyinə inanırlar. Ayrıca, onun Rusiyaya daha isti yanaşdığını deyirlər. Bütün bunların fonunda qlobal siyasətin hazırkı mərhələdə taleyini ilk növbədə ABŞ-Rusiya münasibətlərinin müəyyənləşdirəcəyi qənaəti var. Belə bir məqamda amerikan və rus generalların Bakıda müzakirələr aparması Azərbaycanın qlobal geosiyasətdəki yerini və nüfuzunu göstərməkdədir.

Məsələnin daha mühüm tərəfi müzakirə edilən mövzularla əlaqəlidir. Bakıda C.Danford və V.Gerasimov indiki mərhələdə dünyanın bütün aktual geosiyasi-hərbi problemləri haqqında fikir mübadiləsi aparıblar. Buraya Suriya, Ukrayna, Əfqanıstan, İran, Mərkəzi Asiya, Avropa, Şimali Afrika ilə bağlı məqamlar daxildir. Şübhəsiz ki, Suriya və Ukrayna burada xüsusi yer tutur, İran məsələsi də olduqca vacibdir. Tərəflər bu problemlərin həlli üçün hərbi sahədə əməkdaşlıq imkanlarını da araşdırmağa çalışırlar.

Deməli, ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Azərbaycan paytaxtında dünyanın təhlükəsizlik aspektində taleyini həll edə biləcək məsələləri masaya qoyublar. Bu, adi hadisə deyil və onun çoxlu izahları var. Onların kökündə Azərbaycan rəhbərliyinin illərdir apardığı qətiyyətli, əsaslı və müstəqil xarici siyasət kursu dayanır. Konkret faktlarla bunu sübut edə bilərik.

Keçən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyənləşdirərkən sülh, barış, davamlı inkişaf kimi məsələləri ön plana çəkdi. 1994-cü ilin sentyabrında Ulu Öndər BMT-dəki tarixi çıxışı zamanı sülh və əməkdaşlığa aparan yolla irəliləməyi xüsusi qeyd etdi. Heydər Əliyev həmin nitqində Azərbaycan Respublikasının mövcud siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib.

Varislik və təşəbbüskarlıq: Azərbaycan Prezidentinin uzaqgörənliyi

Bundan bir il sonra - 1995-ci il oktyabrın 22-də Ümummilli Lider BMT-nin 50 illiyi münasibətilə Baş Məclisdə ikinci çıxışında bu təşkilatın dünya üçün əhəmiyyətini vurğulayaraq, ayrıca ifadə edib: “Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik”.

Ən əhəmiyyətlisi odur ki, Ulu Öndərin həmin prinsipləri Azərbaycanın xarici siyasət kursunun məzmununda prioritet yer tutdu və rəsmi Bakı bütün fəaliyyətində ona dəqiq əməl etdi. Heydər Əliyev Qərbin bütün böyük dövlətlərinə səfərlər edərək konstruktiv və bərabərhüquqlu əməkdaşlıq qurdu. Bu səmimi məqsədini hər addımında konkret əməli ilə sübut etdi. Bununla da Vaşinqton, London, Berlin, Roma, Brüssel, Paris Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmalı oldu. Bu gün Bakıda iki qüdrətli dövlətin generalının dünyanın təhlükəsizlik məsələsini müzakirə etməsinin kökündə duran əsas faktor bundan ibarətdir.

Sonra, məhz Ulu Öndər Rusiya ilə münasibətlərə yeni məzmun və dinamika verdi. Heydər Əliyevin təklifi və təkidi ilə Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin yeni səviyyəyə qaldırılması zərurətini anladı, bunun hər iki ölkə üçün faydası olacağını dərk etdi. Bunu Rusiya Prezidentinin özü də həmişə etiraf edir. Bu gün Rusiya rəhbərliyinin dünyanın aktual problemlərini müzakirə etmək üçün ən yaxın müttəfiqi bəyan etdiyi (əslində isə forpostu) Ermənistana deyil, Azərbaycana üstünlük verməsində bunun, heç şübhəsiz, əvəzsiz rolu vardır.

Beləliklə, Ulu Öndər fəaliyyəti dövründə dünyanın böyük gücləri ilə tarazlı əməkdaşlıq formatı qura bildi. Sonrakı mərhələdə Prezident İlham Əliyev məsələyə yaradıcı yanaşaraq onu yeni tələblər səviyyəsinə qaldırdı. Azərbaycanın xarici siyasət kursunun prioritetləri XXI əsrin çağırışlarının məzmununa uyğun yeni çalarlar əldə etdi. Bu sırada İlham Əliyevin beynəlxalq təşkilatlardakı dərin məzmunlu çıxışları ciddi rol oynadı. Konkret fəaliyyətdə də çoxlu sayda faktorlar var ki, onları ayrıca qeyd etmək olar. Məsələn, “Bakı prosesi” dünyada dialoqa, sülhə, əməkdaşlığa və barışa səsləyən konkret formatdır. Bu formatda dünyanın tanınmış siyasətçiləri, elm adamları, diplomatları, jurnalistləri Bakıda fikir mübadiləsi aparır, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun yollarını axtarırlar. Və budur, iki general Bakıda dialoq qura bildilər!

İlham Əliyev regionun lider dövlətinin Prezidenti kimi yeni ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Dünyanın böyük siyasi liderləri etiraf edirlər ki, rəsmi Bakının irəli sürdüyü bu təşəbbüslərin qlobal təhlükəsizliyə və bərabərhüquqlu əməkdaşlığa töhfəsi çox ciddidir. Həmin sırada keçən ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin tarixi görüşünü qeyd etmək olar. Bu hadisə göstərdi ki, Azərbaycan böyük dövlətlərin başçılarının konstruktiv müzakirələrini təşkil edə bilər və nəticə də alınar.

Bütün bunlar ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüş üçün Bakını seçmələrinin ciddi səbəblərinin olduğunu göstərir. Azərbaycan dövləti öz təcrübəsi ilə buna layiq olduğunu sübut edib. Həmin həqiqət prizmasından baxdıqda, Bakı görüşü həm də rəsmi İrəvana, ATƏT-in Minsk qrupuna bir mesajdır. Konkret ifadə etsək, Azərbaycan nümayiş etdirir ki, müstəqil dövlətdir, sülh və barış onun xarici siyasətinin məzmunundadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yalnız həmin prinsiplərə söykənərək nail olmağa çalışır. Əsas maneə isə bunu qəbul etməyən Ermənistandır. İndi bu vassal ölkənin havadarları düşünsün: ədalətimi, yoxsa haqsızlığı seçmək daha faydalı olar?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib