GEODEZİYA, KARTOQRAFİYA, KADASTR VƏ YERİN MƏSAFƏDƏN ZONDLANMASI ÜZRƏ MDB DÖVLƏTLƏRARASI ŞURASININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Səmərqənddə geodeziya, kartoqrafiya, kadastr və yerin məsafədən zondlanması üzrə MDB Dövlətlərarası Şurasının 27-ci konfransı keçirilmişdir.
Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Belarus və Qazaxıstanın geodez-kartoqrafları, kadastr xidməti mütəxəssisləri iştirak etmişlər.
Konfrans iştirakçıları son illər bu sahədə əldə olunmuş uğurlarla tanış olmuş, təcrübə mübadiləsi aparmış, MDB məkanında geodeziya və kartoqrafiya işləri ilə əlaqədar vahid əlaqələndirmə sisteminin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
Konfrans başa çatdıqdan sonra iştirakçılar Səmərqəndin tarixi abidələri ilə tanış olmuşlar.