Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkəyə keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, hər iki fakt “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Belə ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşının “Volvo” markalı və Türkiyə vətəndaşının “IVECO” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3600 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.