Gömrük nəzarətinə bəyan edilməyən avtomobil ehtiyyat hissələri aşkarlanıb
Bakı, 4 iyul, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən avtomobil ehtiyyat hissələri aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə 6 adda 18 ədəd avtomobil ehtiyat hissəsi aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]