GÖMRÜK ORQANLARI “ON LİNE” SİSTEMİNDƏ İŞLƏYİR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda respublikada 36 gömrük orqanı “On line” sistemində fəaliyyət göstərir.
Bundan başqa, hazırda eksperimental qaydada bu sistemdən iyirmi gömrük orqanı istifadə edir. Komitənin 13 orqanında isə “gömrük rəsmiləşdirilməsinin və nəzarətinin avtomatlaşdırılmış sistemi”nin tətbiqinə başlanmışdır.