Gömrükçülər könüllü qanvermə aksiyasında iştirak ediblər
Bakı, 10 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında könüllü qanvermə aksiyasında iştirak ediblər.
DGK-dən AZƏRTAC-a bildirilib ki, komitənin təşəbbüsü ilə keçirilən aksiyada 150-dən çox gömrük əməkdaşı könüllü donor olublar.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.