Gömrükçülər külli miqdarda zərgərlik məmulatları aşkarlayıblar
Bakı, 2 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.