Goranboyda sel sularının yaratdığı çətinlik aradan qaldırılıb
Bakı, 30 iyul, AZƏRTAC
Ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Goranboy rayonunun Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci kilometrində yol təsərrüfatına ziyan vurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.
Əraziyə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub.
Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:02]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:50]
Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]