GÖRKƏMLİ ALİMİN EV MUZEYİ YENİDƏN QURULUR
YUNESKO dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını qərara almışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, akademikin Ordubad şəhərindəki ev muzeyi dövlət qayğısı ilə yenidən qurulur. İki mərtəbə, dörd otaq və iki eyvandan ibarət olan ev muzeyi nəfis şəkildə təmir olunmaqla, buraya gedən yol və Dübəndi çayı üzərindəki körpü də yenidən qurulacaqdır.