Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib
Qahirə, 27 aprel, AZƏRTAC
Qahirə Operasında Qahirə Simfonik Orkestrinin ifasında “XX əsrin şedevrləri 1” adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, proqramın birinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun violonçel və orkestr üçün konsertindən 3 hissə (Allegro non troppo, Largamento, Finale: Allegro con fuoco) səsləndirilib.
Daha sonra görkəmli rus bəstəkarı İqor Stravinskinin əsərlərindən (Pulsinella, Alov quşu (1919-cu il versiyası) ibarət konsert təqdim olunub.
Konsertin solisti Viktoriya Kapralova (violonçel), dirijoru isə Əhməd əl-Saididir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]