GÖRKƏMLİ ŞAİRİN XATİRƏSİ ANILDI
Bu münasibətlə Respublikanın mədəniyyət və elm xadimləri, parlamentin deputatları, yazıçılar, ziyalılar, ictimaiyyətin nümayəndələri, Cabir Novruzun qohumları, həmkarları, şairin poeziyasının pərəstişkarları Fəxri xiyabana gələrək, unudulmaz şairin məzarını ziyarət etmişlər.
Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatı laureatı Əliabbas Qədirov, AZƏRTAC-ın müxbiri ilə söhbətində XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birinə çevrilmiş Cabir Novruz poeziyasından, onun yüksək milli və bəşəri dəyərləri tərənnüm edən yaradıcılığından danışmışdır.
Natiq mərhum şairin bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilən lirik poeziya nümunələrini qeyd etmiş, Cabir Novruzun sözlərinə bəstələnmiş çoxsaylı mahnıların musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılandığını vurğulamışdır.
Mərasimin sonunda ölməz şairin məzarı üzərinə gül-çiçək dəstələri, əklillər qoyulmuş, mərhumun ruhuna dua oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]