GÖRKƏMLİ ŞAİRİN YUBİLEYİ ÜMUMXALQ BAYRAMINA ÇEVRİLMİŞDİR
...ƏLI BAYRAMLI ictimaiyyətinin nümayəndələri əvvəlcə şairin büstünün və adını daşıyan parkın açılışı mərasimində iştirak etmiş, büst önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Sonra görkəmli sənətkarın həyat və yaradıcılığından, onun zəngin poeziyasından söhbət açılmışdır.
Milli Məclisin deputatı Azay Quliyev və digər natiqlər ədəbiyyatımızın inkişafına böyük töhfələr vermiş xalq şairinin əvəzsiz xidmətlərindən danışmışlar. Şairin vətənə, ana torpağa həsr etdiyi şeirlərindən nümunələr söylənmiş, “Vaqif” dramından parçalar göstərilmişdir.
X X X
MİNGƏÇEVİR şəhər ictimaiyyətinin nümayəndələri, S. Vurğun poeziyasının həvəskarları görkəmli şairin heykəli önünə gül-çiçək dəstələri düzərək, şairin xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan yubiley tədbirində əvvəlcə “Muğan” poeması əsasında çəkilmiş qısametrajlı film nümayiş etdirilmişdir.
Əməkdar müəllim Mail İsmayılov S.Vurğunun yaradıcılığından söhbət açmış, onun sənətinin Dədə Qorqud müdrikliyindən, Nizami hikmətindən, Füzuli heyrətindən bəhrələndiyini qeyd etmiş, şairin Azərbaycan söz sənətinin, mill təfəkkürümüzün inkişafındakı xidmətlərini vurğulamışdır.
Akademik Teymur Bünyadov şairlə bağlı xatirələrini söyləmişdir.
Məktəblilərin böyük mütəfəkkirin yaradıcılığına dair şeir, mahnı və inşa müsabiqəsinə yekun vurulmuş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.
X X X
SİYƏZƏNDƏ keçirilmiş tədbirdə qeyd edilmişdir ki, S.Vurğun yaddaşlarda təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayacaqdır.
Tədbirdə xalq şairi Zəlimxan Yaqub çıxış etmişdir.
Məktəblilər S. Vurğun poeziyasından nümunələr söyləmiş, şeirlərinə bəstələnmiş mahnılar ifa etmışlər.