Göyçay çayının sahilində ağacəkmə aksiyası keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Göyçay rayonunda Göyçay çayının sahilində yeni yaşıllıq sahəsi salınıb.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, könüllülər, rayon sakinləri, KİV nümayəndələri və Qarabağ müharibəsinin qaziləri iştirak ediblər.
Aksiya çərçivəsində 1000 ədəd ağac əkilib.
Qeyd edək ki, ağacəkmə aksiyası rayonun kəndlərində də həyata keçirilib.