Göyçay Peşə Hazırlığı Mərkəzində yeni kurslar başlayır
Bakı, 24 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına cəlb olunması istiqamətində işləri davam etdirir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülən işlərin davamı olaraq Göyçay Peşə Hazırlığı Mərkəzində "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar", "Meyvəçilik və bağçılıq üzrə aqronom” (kiçik aqronom) və aşpaz peşələri üzrə kurslar təşkil ediləcək.
Həmin peşə ixtisası üzrə kurslara müraciət etmək istəyən işsiz şəxslər bu il dekabrın 15-nə kimi Göyçay Peşə Hazırlığı Mərkəzinə müraciət edə bilər. Müraciətlər həm şifahi, həm də onlayn formada qəbul olunur.
Müraciət linki: https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi
Ünvan: Göyçay Peşə Hazırlığı Mərkəzi, Göyçay şəhəri, Rəsul Rza 70
Telefon: 070 625 23 45