Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÖYÇAY RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

GÖYÇAY RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Göyçay, 12 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV göyçaylıları təbrik edərək dedi:

-Gözəl mərkəzin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Heydər Əliyev Mərkəzinin binası doğrudan da çox gözəldir, çox möhtəşəm memarlıq abidəsidir. Göyçaya əlavə yaraşıq verən gözəl, yeni bir memarlıq nümunəsidir. Həm xarici görünüşü gözəldir, həm də ki, daxili tərtibatı yüksək səviyyədədir. Bu binada müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Həm rəsmi tədbirləri keçirmək, eyni zamanda, müxtəlif sahələr üzrə dərnəklər təşkil etmək nəzərdə tutulubdur. Mən istəyirəm ki, bu mərkəzin fəaliyyəti uğurlu olsun və Göyçay ictimaiyyəti bu gözəl imkanlardan səmərəli şəkildə istifadə etsin.

Əlbəttə ki, mərkəzin bir hissəsi ulu öndərin həyat və fəaliyyətinə həsr edilibdir. Burada göstərilən şəkillər, eksponatlar demək olar ki, müasir Azərbaycanın tarixini əks etdirir. Çünki bugünkü Azərbaycanın uğurlu inkişafının təməli məhz 1970-ci illərin əvvəllərində qoyulubdur. O vaxta qədər Azərbaycan Sovet İttifaqı tərkibində demək olar ki, ən geridə qalmış bir respublika idi. Azərbaycanı tanımırdılar. Azərbaycanda demək olar ki, sənaye potensialı yox idi. Respublikanın perspektivləri də o qədər aydın deyildi. 1970-ci illərdən başlayaraq Heydər Əliyevin zəhməti hesabına Azərbaycan dirçəldi, inkişaf etdi. Demək olar ki, qısa müddət ərzində, yəni 13-14 il ərzində Azərbaycan o vaxt Sovet İttifaqının tərkibində ən inkişaf etmiş respublikaya çevrildi. O vaxt cəmi iki respublika özünü təmin edə bilirdi. Onlardan biri də Azərbaycan idi. Yəni, bu onu göstərir ki, ulu öndərin bütün dövrlərdəki fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur.

Əfsuslar olsun ki, xalqımız üçün ən çətin anlarda, Sovet İttifaqının dağılması ərəfəsində ölkəyə rəhbərlik etmiş insanlar öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmədilər. Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Demək olar ki, bütün iqtisadiyyat dağılmışdı, sənaye potensialı məhv edilmişdi, ölkədə hərc-mərclik, xaos, anarxiya, vətəndaş müharibəsi. Bütün o hadisələri biz yaxşı xatırlayırıq. Yenə də Azərbaycan xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan bütün çətin sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi dayandı, həm iqtisadi tənəzzülün qarşısı alındı, həm də inkişaf yoluna qədəm qoyduq. On il ərzində demək olar ki, ölkəmiz öz siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkəyə çevrildi.

2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti davam etdirilir. Bu, bizim uğurlarımızın əsas şərtidir, əsas amilidir. Son 6 il ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Ancaq bu yol əlbəttə ki, bu vaxta qədər qoyulmuş möhkəm təməl əsasında öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü həll etməyə qadir olan ölkədir. Biz heç bir xarici yardıma möhtac deyilik.

Baxmayaraq ki, bu gün dünyanın hətta aparıcı ölkələri beynəlxalq maliyyə yardımı olmadan öz iqtisadi inkişafını təmin edə bilmirlər. Nəinki MDB məkanında, hətta Avropada elə ölkələr var ki, onlar dərin böhran içindədirlər. Bu böhran hamımız üçün bir sınaq olmuşdur. Azərbaycan öz hesabına, öz xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla bu sınaqdan şərəflə çıxdı. 2009-cu il gözəl bir göstərici ili olmuşdur. Kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilər, kim uğurla inkişaf edə bilər, kim ancaq xaricdən gələn yardımlar hesabına öz imkanlarını təmin edə bilər. Biz o nadir ölkələrdənik ki, öz hesabımıza yaşayırıq və yaxşı da yaşayırıq.

2009-cu ildə nəzərdə tutulmuş bütün layihələr icra edildi - həm sosial, həm iqtisadi, həm sənaye layihələri. Məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi, elektrik stansiyaları istifadəyə verildi. 2009-cu ildə Azərbaycan vətəndaşları demək olar ki, bu böhranın acı nəticələrini görmədilər. Əminəm ki, heç vaxt görməyəcəklər. Ölkəmiz üçün ağır illər arxada qaldı. Bizim qarşımızda bütün yollar açıqdır. Biz ancaq və ancaq irəliyə getməliyik. Ancaq ölkəmizi daha da gücləndirməliyik və bunu da edirik. 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olmuşdur və bu, artıq reallıqdır. Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki, xarici yardımlar hesabına. Hamımız bilirik ki, 2009-cu ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İqtisadiyyatımızın böyük hissəsi enerji resurslarının üzərində qurulubdur. Ancaq buna baxmayaraq, biz başqa imkanları səfərbər etdik, bütün resursları cəmləşdirə bildik və bu vaxta qədər aparılan islahatlar öz bəhrəsini verdi. Regionların inkişafı davam etdi, bütün layihələrin icrası davam etdirildi.

2009-cu ildə iqtisadiyyatımız, ən yüksək templərlə artıbdır. 2010-cu ilin birinci ayının yekunları da çox ümidvericidir. Yenə də Azərbaycan dünya miqyasında birinci sıradadır. Bizim iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən çox artıbdır. Bu iqtisadi rəqəmlər əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir ölkənin inkişafını təmin edən və göstərən vacib rəqəmlərdir. Amma məni daha çox sevindirən odur ki, bu inkişafı biz gündəlik həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində böyük yol keçmişik. Artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı, haradasa 11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri üçün də məqbul bir rəqəmdir. Biz çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə aşağı salaq, işsizliyi aradan qaldıraq, bütün vətəndaşlar işlə təmin olunsunlar. Hər bir insanın normal yaşaması üçün şərait yaradılmalıdır. Bu məqsədlə bütün layihələr plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi uğurla icra edilir. Əminəm ki, biz 2013-cü ilə qədər bu proqramın uğurlu icrasına nail olacağıq.

Bütün bölgələrdə abadlıq, quruculuq işləri aparılır, gözəl binalar tikilir. Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay rayonunun timsalında da bariz şəkildə görə bilərik. Göyçayın iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən çox artıbdır. Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda işlər yaxşı gedir, yaxşı nəticələr göz qabağındadır. Bu gün Göyçayın gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi davam edir. Bu gün biz Göyçayda yeni Olimpiya Kompleksinin açılışını qeyd edəcəyik. Ondan əlavə rayonun su təchizatını təmin etmək üçün artıq konkret tədbirlər görülübdür və görüləcəkdir. Göyçayı təmiz içməli su ilə təmin etmək üçün, kanalizasiya sisteminin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Göyçayda bu gün kiçik su elektrik stansiyasının təməl daşı qoyulacaqdır. Bu da ölkəmiz üçün çox vacib sahədir. Çünki bərpa olunan enerji növlərinin Azərbaycanda genişləndirilməsi artıq prioritet məsələ kimi Prezident tərəfindən qoyulub və mən çox istəyirəm ki, qısa müddət ərzində bütün mümkün olan yerlərdə, çaylarda kiçik su elektrik stansiyaları qurulsun. Biz həm yeni enerji mənbələrini işə salacağıq, eyni zamanda, böyük iqtisadi qənaət əldə edəcəyik.

Göyçay rayonunun çox böyük potensialı vardır. Kənd təsərrüfatının, digər sahələrin, emal sahələrinin inkişafı üçün lazımi tədbirlər görülür. Mən ümid edirəm ki, Göyçay həmişə olduğu kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi inkişaf sahəsində ön sıralarda olacaqdır. Bütün bu işləri görmək üçün əlbəttə ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu səfərbərlik vardır və mən ümid edirəm ki, Göyçayın uğurlu inkişafı növbəti illərdə davam edəcəkdir. Bu işlərdə sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, rayonda bütün işlər yüksək səviyyədə aparılsın. Bir daha gözəl, möhtəşəm, əzəmətli Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə sizi təbrik edirəm.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Aqil MƏMMƏDOV Göyçayda aparılan yenidənqurma və abadlıq işlərinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

- Çinarlı, narlı Göyçayımıza xoş gəlmisiniz, möhtərəm cənab Prezident. Biz bu gün Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə göyçaylıların dərin məhəbbətlə, hörmətlə ucaltdıqları möhtəşəm mərkəzin açılışında iştirak edirik. Siz Heydər Əliyev ideyalarının davamçısısınız. Heydər Əliyev ideyalarını inkişaf etdirən, davam etdirən, ölkəmizi iqtisadi qüdrətə çatdıran bir insansınız. Sizin bu gün bizimlə birlikdə olmağınız, sevincimizə şərik olmağınız bizi sevindirir, daha da ruhlandırır. Minnətdarıq ki, Siz bu gün bizimləsiniz. Bütün göyçaylılar bundan qürur hissi duyur.

Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev özünün müdrik siyasəti, qətiyyəti sayəsində Azərbaycanın bugünkü inkişafının təməl daşını, bünövrəsini qoyub. Azərbaycanın bugünkü rifahının əsası məhz ulu öndərimiz tərəfindən qoyulmuşdur. Siz isə onu inkişaf etdirirsiniz, daha yüksəklərə qaldırırsınız. Sizə ürəkdən minnətdarıq.

Möhtərəm cənab Prezident, biz inanırıq ki, bu gün açılan bu mərkəz tez bir zamanda bütün göyçaylıların mənəvi və mötəbər inanc yerinə, əsl məbədgaha çevriləcəkdir. Biz gənclərimizi burada ulu öndərimizin zəngin həyat və fəaliyyətinin timsalında tərbiyə edəcəyik, onlara Vətənə, xalqa Heydər Əliyev kimi xidmət etməyi öyrədəcəyik. Bizim bu mərkəzin ekspozisiyası, orada yaradılacaq dərnəklər, zəngin kitabxana, keçiriləcək silsilə tədbirlər yeni-yeni nəsil yetişdirəcəkdir. O nəsil Sizin etibarlı köməkçiləriniz olacaqdır, cənab Prezident.

Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın əsas təməlini, bünövrəsini Heydər Əliyev qoyubdur. Amma onu daha da inkişaf etdirən, irəli aparan Sizsiniz. Buna görə Sizə minnətdarıq.

Möhtərəm Prezident, Sizin televiziyada çıxışınız, “Avropa xəbərləri” televiziyasındakı çıxışınız hər bir azərbaycanlının, o cümlədən göyçaylıların ürəyincə oldu. Siz orada çox yaxşı dediniz ki, Azərbaycan inkişaf edir. Hər bir azərbaycanlı bu gün daha yaxşı yaşayır. Keçənilki böhran dövrünə baxmayaraq, Azərbaycan iqtisadiyyatı durmadan artır. Valyuta ehtiyatlarımız artır. Müxalifət ancaq tənqidlə məşğuldur. Biz isə buna etiraz etmirik. Cənab Prezident, elə biz də bunu görürük, elə biz də etiraz etmirik.

Möhtərəm Prezident, bu gün bütün Azərbaycanda olduğu kimi, Göyçayda da inkişaf göz qabağındadır. Bu gün göyçaylıların üzü gülür, işsizlik sürətlə azalır. Bu gün xalqın rifah halı yüksəlir. Bax elə bu gün Siz Göyçayda Olimpiya-İdman Kompleksini, içməli su şəbəkəsini istifadəyə verəcəksiniz, onların açılışında iştirak edəcəksiniz. Bu gün elektrik stansiyasının bünövrəsinin qoyulmasında iştirak edəcəksiniz. Elə bax bu günlərdə Sizin göstərişinizə əsasən rayonumuza ən müasir avadanlıqla təchiz olunmuş iki yeni təcili yardım maşını verilmişdir. Bu, Sizin bizə olan qayğınızın, hörmətinizin, bütün Azərbaycan xalqına olan məhəbbətinizin, hörmətinizin bariz nümunəsidir. Bütün bunlara görə Sizə minnətdarıq.

Bu mötəbər, möhtəşəm mərkəzin açılışında biz Azərbaycan mədəniyyətinin, elminin, Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun, Fondun prezidenti, millət vəkili, möhtərəm Mehriban xanımın yorulmaz əməyini xüsusi qeyd edirik. Biz xahiş edirik ki, göyçaylılar adından bizim hörmət və ehtiramımızı Mehriban xanıma çatdırasınız.

Hörmətli cənab Prezident, bu gün Sizin fəaliyyətiniz, bu gün ölkəmizdə gedən bütün quruculuq işləri bizdə ümid yaradır ki, Azərbaycan öz inkişaf templərinə görə hələ uzun illər dünyanın ən qabaqcıl ölkələri sırasında olacaqdır. Sizin adınıza Göyçayda çox abidələr ucaltmaq olar, amma onun ən möhtəşəmini, hörmətli Prezident, Siz artıq bu gün göyçaylıların qəlbində ucaltmısınız. Sizə minnətdarıq.

Tanrı özünün sevimli bəndələrini həmişə pənahında saxlayır. Tanrı Sizi qorusun. Çox sağ olun, Sizə minnətdarıq.

X X X

Sonra Göyçay ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir