GÖYÇAYDA ƏHALİNİN ƏRZAQ MƏHSULLARI İLƏ TƏMİNATI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Göyçay, 26 iyul (AZƏRTAC). “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamının icrası Göyçayda da uğurla davam etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, bu məqsədlə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Göyçay ərazisində şoranlaşmış torpaqların müəyyən edilməsi üçün komissiya yaradılmışdır. Cari ilin altı ayıda bu məqsədlə 30,6 min manat vəsait xərclənmiş, ümumilikdə 10,8 min poqonmetr məsafədə kollektor-drenaj şəbəkələri lil və çöküntülərdən təmizlənmişdir. Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 44,6 kilometr uzunluğunda suvarma arxları lildən təmizlənmiş və onların suötürmə qabiliyyəti yaxşılaşdırılmışdır.
Görülmüş işlər nəticəsində əkin sahəsi 500 hektar artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]