Göyçayda vətəndaşların COVID-19 əleyhinə vaksinasiyası davam etdirilir
Göyçay, 30 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Göyçay rayonunda da vətəndaşların vaksinasiyası davam etdirilir.
Bu barədə rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vətəndaşların peyvənd olunması mərhələli şəkildə aparılır və artıq 10935 nəfər bu təhlükəli virusa qarşı vaksinasiya edilib. Peyvənd vurulanların 1251 nəfəri yaşı 65-də yuxarı, 4251 nəfəri 50-65 yaşarası, 1387 nəfəri 40-49 yaşarası, 879 nəfəri isə 40 yaşdan aşağı olan sakinlərdir. Vaksinasiya olunanların 3167 nəfərinə 2-ci doza vurulub.