GSNP təşəbbüsünə BMT-dən dəstək: Qlobal Cənubun Himni ilk dəfə Bakıda səsləndiriləcək
Bakı, 1 may, AZƏRTAC
Bir müddət əvvəl BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi Qlobal Cənub QHT Platforması (GSNP) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib. UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun ( AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
R. İskəndərli qeyd edib ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən yayması ilk dəfə baş verib: “Bu qlobal diqqətin təzahürü kimi UNOSSC direktorunun GSNP-nin Baş Assambleyası iştirakçılarına xitab edəcəyi gözlənilir. Müxtəlif ölkələrdəki QHT-lərdən daxil olmuş təşəbbüslər dəyərləndirilərək Qlobal Cənubun Himni də yazılıb. Bu himn ilk dəfə Bakıda - GSNP-nin Baş Assambleyasında səsləndiriləcək".
Müxbir- Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]