“Günaybank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Oktyabrın 10-da “Əmlak Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Günaybank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınar əmlakların ilkin satış qiyməti 25 min 75 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac tarixinə bir iş günü qalanadək hərrac təşkilatçısına ödənilməlidir. Alış qiyməti 5 bank günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 563, Kazım Kazımzadə 123 (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]