GÜNƏŞLİYƏ QAZ KƏMƏRİ ÇƏKİLİR
İsmayıllı şəhərinin şimalındakı Günəşli yaşayış massivinə 5 kilometr uzunluğunda yeni qaz kəmərinin çəkilişinə başlanmışdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 500 ailənin məskunlaşdığı ərazi şəhərin təzə yaşayış sahəsidir və evlərin çoxunda təbii qaz yoxdur. Yeni qaz xətti Prezident İlham Əliyevin tapşırığına əsasən çəkilir. Belə ki, ötən ilin avqustunda ölkə başçısının İsmayıllı rayonuna səfəri zamanı sakinlər bu məsələ ilə əlaqədar ona müraciət etmişdilər.
“Azəriqaz” QSC-nin vəsaiti hesabına həyata keçirilən layihə üçün 48 min manat vəsait ayırılmışdır. Mavi yanacaq yaşayış massivinə 159 millimetrlik borularla veriləcəkdir. İşləri İsmayıllı Qaz İstismarı idarəsi görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]