Azərbaycan Dövlət İnformasiya Agentliyi

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

Bakı, 17 aprel, Xatirə Cəfərova, AZƏRTAC

Dünyada təlaş və həyəcan yaradan, Ümumdünya Səhiyyə Təşkilatını pandemiya qərarına məcbur edən COVID-19 Azərbaycan Respublikasının ərazisinə də gəlib çatdı. Situasiyanın gərginliyi fonunda Azərbaycan dövlətinin adekvatlığı, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarların çevikliyi hər bir vətəndaş kimi, mənim ürəyimdə də qürur hissi yaratdı. Görülən tədbirlər sırasında həyatımızın bütün sahələrində, o cümlədən təhsil sistemində hazırlanaraq işə salınan qabaqlayıcı tədbirlər Azərbaycan Respublikasının dövlət siyasətində öz vətəndaşlarının taleyini, onların sağlamlığının qorunmasının nə qədər prioritet olduğunu bir daha göstərdi.

Bu fikri AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova bildirib. O qeyd edib ki, həmin ilkin tədbirlər sırasında təhsil sahəsinə xüsusi önəm verilirdi və bunu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun mart ayında təhsillə bağlı imzaladığı müvafiq sərəncamlarında görmək mümkün idi. Eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargah ümumtəhsil müəssisələrində tədrisin dayandırılmasını “koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini” bildirilməklə, yaranmış vəziyyətdə, xüsusi karantin rejimi şəraitində təhsilin davamlılığını təmin etmək ümdə vəzifə kimi göstərilirdi. Dərhal Təhsil Nazirliyi distant dərslərin başlanılması üçün öz resurslarını işə saldı və tezliklə ölkənin telekanallarında təşkil olunacaq teledərslərin yayım proqramı ilə bağlı şagirdlər və valideynlər məlumatlandırıldı. Bunun davamı olaraq, “YouTube”, “Facebook” və digər sosial şəbəkələrin geniş resurslarından bəhrələnərək orada qısa vaxt ərzində 1700-ə yaxın videodərs, 256 elektron vəsait yerləşdirilərək təhsil ictimaiyyəti məlumatlandırıldı. Bütün bunlar hökumətin birbaşa dəstəyi ilə həyata keçirilirdi. Nazirlər Kabinetinin qərarına uyğun olaraq zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası qısa vaxtda təmin edildi.

Əlbəttə, yaşadığımız günlərin fors-major situasiyası olaraq ortaya çıxan bu şəraitdə Təhsil Nazirliyinin ləngimədən verdiyi qərarlar və həmin qərarlara təhsil müəssisələrindən adekvat cavablar onu göstərdi ki, Azərbaycan Respublikasında bütün sahələr kimi, təhsil sistemində də gözlənilməz vəziyyətlərdə işə salınan çevik dövlət mexanizmləri qurulub. Bütün bunlar isə müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu kimi tarixə düşən ümummilli liderimiz Heydər Əliyev ənənələri əsasında inkişaf edən, güclənən dövlətimizin potensial imkanlarından xəbər verirdi və qısa müddətdə artıq dünyada özünü doğrultmuş onlayn təhsil metodunun işə salınması zərurətə çevrildi. Beləliklə, onlayn təhsil üçün xüsusilə səmərəli olan, virtual və hibrid auditoriyalarda mühazirə və seminarların aparılması üçün “Zoom” sistemi ilə işləməyə başladıq. Bu zaman “Microsoft Teams”, “Skype” proqramı, e-poçt xidmətindən istifadə, hazır videodərslərin tələbələrə çatdırılması, “YouTube” kanalına videodərslərin yerləşdirilməsi, müxtəlif sosial şəbəkələr və xəbərləşmə platformalarının imkanlarından istifadə etməklə elektron tədris resurslarının tələbələrə çatdırılması, TV kanalları ilə telemühazirələrin təşkili işi də yaddan çıxmadı.

M.Hüseynova diqqətə çatdırıb ki, Təhsil Nazirliyinin bu istiqamətdəki təlimat və tövsiyələri əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix üzrə elmlər doktoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə qısa zamanda müvafiq tədbirlər planı hazırlandı və rektorluq şurasının sonuncu onlayn iclasının qərarına əsasən ADPU-nun bütün struktur bölmələrindən, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecindən daxil olmuş məlumatlar ümumiləşdirilərək qarşıdakı müddət üçün fəaliyyət planının tərkib hissəsinə çevrildi. Beləliklə, mart ayının 10-dan başlayaraq ADPU, onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci və ADPU-nun Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabad filiallarında ümumuniversitet səviyyəsində müasir İKT-nin mümkün imkanlarından istifadə edilməklə tədris materiallarının tələbələrə elektron formada çatdırılması təmin olundu.

Hazırda ADPU-nun Bakı şəhərində yerləşən fakültə və digər şöbələrində təhsil alan bakalavr tələbələrinin, həmçinin magistrantların 91 faizi (ADPU və filiallarla birlikdə 94 faiz) elektron tədris materialları ilə təmin edilib, habelə 65 faiz tələbə (ADPU və filialları ilə birlikdə 71 faiz) onlayn formada keçirilən dərslərə qoşulub. Nəticədə ADPU və onun digər strukturlarında təhsil alan tələbələrin 66 faizinin onlayn dərslərə qoşulmasına nail olunub və tələbələrin 97 faizi elektron tədris materialları ilə təmin edilib. Beləliklə, bütün fakültə dekanlıqlarının kafedralarla birlikdə distant, onlayn təhsilin normal təşkili üçün konkret əməli işlərə start verildi. Görülən işlərdə universitetin ölkənin müxtəlif bölgələrində yerləşən filiallarının xüsusi əməyi var, məhz filialların əməkdaşları tərəfindən 50-yə yaxın videomühazirə “YouTube” kanalında operativ olaraq yerləşdirildi və ilk günlərdən tələbələr distant təhsilə cəlb edildilər.

Bütün bu proseslərdə yaranmasının 100 illiyinə qədəm qoyan universitetin filologiya fakültəsi birincilərdən olaraq ilk günlərdən operativliyi ilə fərqləndi. Martın 14-də keçirilən fakültə elmi şurasının onlayn iclasında tədrisin ekstremal şəraitdə onlayn metodla təşkil olunması müzakirə edildi. Həmin müzakirələr zamanı ancaq dərs cədvəllərinin dəyişdirilməsi deyil, tələbələrin müxtəlif coğrafi ərazilərə yayılması, internet resurslarının onlar üçün nə qədər əlçatan olması və bütün tələbələrin tədrislə əhatə edilməsinin optimal variantları təhlil edilib. Gəlinən nəticələr əsasında tədrisin, həmçinin “YouTube” kanalında, əvvəlcədən hazırlanan videomühazirələrlə paralel aparılması qərara alınaraq tətbiqinə başlanıldı. Fakültə dekanlığının apardığı monitorinqlər hazırda tələbələrin 70 faizindən çoxunun onlayn tədrisin fəal iştirakçıları olduğunu müəyyənləşdirib. Ümumilikdə isə fakültənin 664 tələbəsinin və 178 müəlliminin qoşulduğu sistem kollektivin qısa müddətdə ekstremal şəraitdə çalışmaq kimi bir keyfiyyətini ortaya qoydu.

Professor M.Hüseynova bildirib ki, universitetdə, o cümlədən həmçinin fakültədə təhsil alan əcnəbi tələbələr onlayn tədrisdən kənarda qalmırlar. Bu tədris formasındakı dərslərdə isə tələbələr təkcə videomühazirələrin və videoseminarların iştirakçısı olmurlar, onlara, həmçinin sərbəst iş mövzuları, imtahan sualları, müvafiq mövzular üzrə ədəbiyyat siyahısı verilir, imtahan sualları ilə əlaqədar ortaya çıxan suallar cavablandırılır. Bütün bu proseslər universitetin bütün fakültələrini əhatə edir, rəhbərliyin apardığı monitorinqlər isə təkcə tədrisin keyfiyyətinə təsir etmir, onlayn dərslərin iştirakçısı olan müəllim və tələbələrdə məsuliyyət hissini daha da artırır.

Bütün bunlardan əlavə, tələbələr nəinki istənilən mobil qurğular vasitəsilə tədris prosesinə qatılır, həmçinin akademik nəticələrlə tanış ola bilir, onlayn dərslərin canlı tərəfdaşına çevrilə bilirlər.

M.Hüseynova vurğulayıb ki, fakültə, ümumilikdə universitetin rəhbərliyi, professor-müəllim heyəti ancaq tələbələrin təhsildən kənarda qalmamasını deyil, onların psixoloji-mənəvi durumunu da maksimum nəzarətdə saxlayır. Ölkənin ali siyasi rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə elan olunaraq həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar təkcə tələbələr və valideynlər tərəfindən deyil, ictimaiyyət tərəfindən də xüsusi minnətdarlıqla qarşılandı.

Bütün xalqımız kimi, təhsil işçiləri də xüsusi karantin rejimini həyati vacib tədbir kimi qəbul edir, dövlətimizin və hökumətimizin bu istiqamətdə atdığı addımları dəstəkləyirik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin bütün kollektivi tədrisin məsafədən və onlayn aparılmasını bundan sonra da davam etdirəcək, təhsildə distant və onlayn formanın ən qabaqcıl nailiyyətlərinin tətbiq olunmasını dünyanın ən mükəmməl təcrübəsindən yararlanaraq həyata keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO