“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvili yenidən siyasətə qayıdır
Tbilisi, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Tbilisidə hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyasının qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda 350 nümayəndə iştirak edib.
Qurultayda partiyanın fəxri sədri vəzifəsi təsis edilib və bu vəzifəyə partiyanın təsisçisi, milyarder iş adamı Bidzina İvanişvli seçilib.
Bununla da B.İvanişvilinin növbəti dəfə rəsmi şəkildə siyasətə qayıtması təsdiqlənib.
Bundan başqa, qurultayda partiyanın siyasi şurasının tərkibi təsdiqlənib, nizamnaməsinə dəyişiklik edilib. Siyasi şuranın üzvlərinin sayı partiyanın sədri ilə yanaşı, 15 nəfər olaraq müəyyənləşib. Şuraya Baş nazir İrakli Qaribaşvili, partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze, parlamentin sədri Şalva Papuaşvili, partiyanın parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, daxili işlər naziri Vaxtanq Qomelauri və başqaları daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]