Gürcü siyasətçi: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını istəyirik
Tbilisi, 1 noyabr, AZƏRTAC
Gürcüstanın bəzi platformalara, o cümlədən “3+3” formatına qatılmaması, heç də o demək deyil ki, biz sülhyaratma proseslərində iştirak etmək istəmirik. Əksinə Gürcüstan Cənubi Qafqazda gedən proseslərdə, müxtəlif məsələlərin həllində iştirakını dayandırmayıb və davam etdirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze söyləyib.
Komitə sədri deyib: “Biz Tbilisinin Azərbaycan və Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik”.
“Düşünürəm ki, Gürcüstanın bu məsələdə iştirakı və sülh müqaviləsinin Tbilisidə imzalanmasına digər tərəfdaşlarımız da etiraz etməyəcəklər”, - deyə Nikoloz Samxaradze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]