Gürcüstan cari ildə 608,3 min ton neft məhsulları idxal edib
Tbilisi, 19 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Gürcüstan 608,3 min ton neft məhsulları idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft İdxalatçıları Birliyi məlumat yayıb.
Bildirilir ki, əsasən dizel yanacağına tələbat artıb. Hesabat dövründə Gürcüstan 295,2 min ton benzin, 313,1 min ton dizel yanacağı idxal edib.
Benzin idxalı 1,4 faiz azalıb, dizel yanacağının idxalı isə 11,1 faiz artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:39]
Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb
- 23.09.2026 [11:59]