Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti xüsusi antiterror əməliyyatı keçirib
Tbilisi, 20 fevral, AZƏRTAC
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti xüsusi antiterror əməliyyatı keçirib. Nəticədə iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxslərin yaşadıqları evlərdə axtarış aparılıb və istintaq üçün əhəmiyyətli sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul vəsaiti və digər vacib əşyalar götürülüb.
Saxlanılan şəxslərin yaşayış evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da ələ keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]