GÜRCÜSTAN DÖVLƏT TELERADİO KORPORASİYASI AZƏRBAYCAN DİLİNDƏ VERİLİŞƏ BAŞLAMIŞDIR
Gürcüstan televiziyası ilə Azərbaycan dilində verilişlər ilk dəfədir. Məqsəd ölkənin azərbaycanlı əhalisini informasiya boşluğundan çıxarmaqdır. Teleradio Korporasiyasının direktoru Georgi Leonidze AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, ekran vaxtı hələlik 15-20 dəqiqə nəzərdə tutulur və veriliş qısa süjetlərin müşayiəti ilə xəbərlərdən ibarət olacaqdır. Azərbaycan dilində veriliş axşam vaxtı efirə çıxır.
Aparıcı Gülyaz Əliyeva Gürcüstanın 300 minlik azərbaycanlı əhalisinə doğma ana dilində ilk müraciəti efirə hazırlayarkən həyəcan və sevinc hissləri keçirdiyini gizlətmədi və bu günü həyatında ən xoşbəxt günlərdən biri adlandırdı. Onun sözlərinə görə, verilişlərin gələcək taleyi xəbərlər proqramının öhdəsindən necə gəlinməsindən asılıdır. Əgər ilk vaxtlardan uğur qazanılsa, efir vaxtı uzadıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]