Gürcüstan Milli Elmlər Akademiyasına yeni prezident seçilib
Tbilisi, 8 iyun, AZƏRTAC
İyunun 7-də Gürcüstanın Milli Elmlər Akademiyasının (GMEA) toplantısı keçirilib. Toplantıda akademiyanın qarşısında duran məsələlər və perspektiv layihələr müzakirə olunub, təşkilatı məsələyə baxılıb.
AZƏRTAC xəbər verir ki, GMEA-nın ümumi yığıncağında 2013-cü ildən akademiyanın prezident vəzifəsində çalışan Giorgi Kvesitadze səlahiyyətlərinin başa çatdığını bildirib. Sonra GMEA-nın vitse-prezidenti, tarixçi alim, ictimai xadim Roin Metreveli akademiyanın yeni prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycanın elm dairələrində də yaxşı tanınan Roin Metreveli uzun müddət İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru olub. O, 1993-cü ildən GMEA-nın həqiqi üzvü seçilib, 2013-cü ildən isə vitse-prezidenti kimi çalışıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]