Gürcüstan parlamentində toplanan yardım Türkiyənin Tbilisidəki səfirliyinə təhvil verilib
Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstan parlamentinin Türkiyədə zəlzələdən zərər çəkmiş insanlar üçün topladığı maddi, eləcə də lazımi əşyalardan ibarət humanitar yardım bu gün qardaş ölkənin Tbilisidəki səfirliyinə təhvil verilib.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, ərzaq və məişət əşyaları Türkiyəyə yola salınacaq.
Məlumatda qeyd edilir ki, parlamentin deputatları və aparat işçiləri humanitar yardım məqsədilə pul toplayıblar.
Eyni zamanda, parlamentin iclaslarından üzrlü səbəb olmadan iştirak etməyən deputatların əmək haqlarından tutulan cərimələr xəzinədə toplanılıb və təyinatı üzrə səfirliyə təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]