Gürcüstan paytaxtında bütün uşaq bağçaları bağlanır
Tbilisi, 4 noyabr, AZƏRTAC
Noyabrın 5-dən etibarən Tbilisidəki bütün uşaq bağçaları bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, bir qədər əvvəl paytaxtdakı bir sıra uşaq bağçaları açılmışdı. Lakin epidemioloji vəziyyət gərginləşdiyi üçün sonradan onların 40-a yaxını bağlanmışdı. Ölkə ərazisində, xüsusən də paytaxtda koronavirusa yoluxma hallarının kəskin artması səbəbində sabahdan bütün uşaq bağçalarının bağlanmasına qərar verilib.
“Uşaq bağçaları epidemioloji vəziyyət yaxşılaşana qədər bağlı qalacaq”, - deyə K.Kaladze vurğulayıb.
Bununla belə, uşaq bağçalarında qeydiyyatda olan uşaqların ərzaq təminatı davam etdiriləcək. Valideynlər uşaq yeməklərini evə apara biləcəklər.
Xatırladaq ki, Tbilisi, Kutaisi, Rustavi, Qori və digər şəhərlərlə yanaşı, Marneuli və Qardabanidə məktəblər noyabrın 4-dən distant rejimə keçiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]