DÜNYA
GÜRCÜSTAN PREZİDENTİ UKRAYNADA İLK RƏSMİ SƏFƏRDƏDİR
Onun Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşündə ikitərəfli münasibətlərlə, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir. Hazırda Gürcüstanın sədrlik etdiyi GUÖAM çərçivəsində qarşılıqlı fəaliyyətə ayrıca diqqət yetirilmişdir.
Gürcüstan Prezidenti T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri ilə də görüşmüşdür. Yeri gəlmişkən, o, həmin institutun məzunudur. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev görüşdə fəxri qonaq kimi iştirak etmişdir.
Gürcüstan dövləti başçısının Ukraynanın Baş naziri Viktor Yanukoviç və xarici işlər naziri Konstantin Qrişşenko ilə də görüşləri nəzərdə tutulmuşdur.
Səfər zamanı M.Saakaşvili Ukrayna müxalifətinin nümayəndələri ilə də görüşmək niyyətindədir.