Gürcüstan-Rusiya sərhədində 2000-ə yaxın avtomobil dayanıb
Tbilisi, 20 noyabr, AZƏRTAC
Bu gün Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsində iki minə yaxın avtomobil növbəsi yaranıb. Yolun bağlanmasına Gürcüstan ərazisində yağan güclü qar, Yuxarı Lars magistralında yolun buz bağlaması səbəb olub.
AZƏRTAC xəbər verir ki, noyabrın 19-da günün birinci yarısında əlverişsiz hava şəraiti səbəbindən irihəcmli yük maşınları, günün sonundan isə bütün növ avtomobillər üçün yol tam bağlanıb.
Məlumata görə, Gürcüstan tərəfində 700-ü Ermənistana, 200-ə yaxını isə digər qonşu dövlətlərə məxsus avtomobil dayanıb. Rusiya tərəfində də təxminən eyni sayda avtomobilin dayandığı bildirilir. Gürcüstanın digər istiqamətlərə gedən yollarında, xüsusən də dağlıq ərazilərdəki magistrallarda da oxşar vəziyyət yaranıb.
Sinoptiklər hava şəraitinin daha da pisləşəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər. Bildirilir ki, noyabrın 22-dək Gürcüstan ərazisində güclü qar yağacaq, Qara dəniz akvatoriyasında 5 ballıq qasırğa olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]