Gürcüstan və Səudiyyə Ərəbistanı parlamentlərinin üzvləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 4 noyabr, AZƏRTAC
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Ər-Riyadda Səudiyyə Ərəbistanı parlamentində görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub. Tərəflər Gürcüstan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, ticarət-iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Gürcüstanın işğal olunmuş rayonlarındakı çətin vəziyyət, Cənubi Qafqazda təhlükəsizlik problemləri, Gürcüstanın son illərdə əldə etdiyi iqtisadi tərəqqi barədə məlumat verilib. Regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının vacibliyi qeyd olunub. Bildirilib ki, sülh və sabitlik iqtisadi inkişafa təkan verəcək.
Səudiyyə Ərəbistanı parlamentinin üzvləri Yaxın Şərqdə baş verən cari hadisələri, Səudiyyə Ərəbistanı hökumətinin planlaşdırdığı islahatları və 2030-cu il baxışını müzakirə ediblər.
Görüş zamanı informasiya texnologiyaları, bərpaolunan enerji, infrastruktur tikintisi sahələrində investisiya imkanları müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]