Gürcüstana 30 min doza “Pfizer” peyvəndi gətirilib
Tbilisi, 25 mart, AZƏRTAC
Gürcüstan koronavirusa qarşı peyvəndin növbəti hissəsini alıb.
AZƏRTAC xəbər verir ki, martın 25-də Gürcüstana ABŞ-dan 30 min doza “Pfizer” peyvəndi gətirilib.
“Pfizer” vaksini 65 yaşdan yuxarı tibb işçilərinin peyvəndlənməsi üçün istifadə olunacaq.
Səhiyyə sahəsində çalışanlar “AstraZeneca” və “Pfizer” peyvəndi arasında seçim edə biləcəklər.
Xatırladaq ki, Gürcüstanda peyvəndləmə prosesinin ilk mərhələsinə martın 15-dən başlanılıb və artıq 5 minə yaxın insan peyvənd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]